BİZNES

11 Sentyabr

Çox yaxında Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişi üzrə işlər başlayacaq

Çox yaxında Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişi üzrə işlər başlayacaq.

Fins.az bazar ertəsi xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masada deyib.

"Tezliklə bu layihə üzrə praktiki işlər başlayacaq. Bütün bunlar ölkələrin telekommunikasiya azadlığı və informasiya təhlükəsizliyinin təmin olunması üçün edilir", - deyə o qeyd edib.

©Trend