BİZNES

11 Sentyabr

Qazaxıstan-Azərbaycan arasında 300 milyon dollaradək əmtəə dövriyyəsi mümükün olub

Qazaxıstan-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə keçib.

Fins.az bazar ertəsi xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masada deyib.

"Bütün bunlar dövlət başçılarımızın qarşılıqlı səfərlərinin nəticəsidir. Yüksək səviyyədə bu etibarlı dialoq iki ölkə arasında münasibətlərin dinamikliyinin təminatıdır Son dörd ay ərzində Azərbaycana Qazaxıstandan Məclis sədrimiz, baş nazir, nəqliyyat naziri, fövqəladə hallar naziri səfər edib", - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, 2022-ci il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 460 milyon ABŞ dollarınadək artıb. Eyni zamanda bu ilin ilk 6 ayı ərzində bu göstəricini 300 milyon dollaradək artırmaq mümkün olub.

"Bu, müsbət dinamikadır. Biz həmçinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftimizi ixrac etməyə başlamışıq. Ümid edirik ki, bu istiqamətdə nəql olunan neftin həcmi yaxın zamanda bir neçə milyon tona çatacaq", - deyə Bayel əlavə edib.

©Trend