BİZNES

08 Sentyabr

Braziliya Latın Amerikasında Azərbaycanın on ən böyük ticarət tərəfdaşı sırasında qalır

Braziliya Azərbaycanın Latın Amerikasındakı ən böyük ticarət tərəfdaşlarının zirvəsində qalmaqda davam edir.

Fins.az xəbər verir ki, bu barədə Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz cümə axşamı Braziliyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

"Hazırda ikitərəfli iqtisadi əməkdaşlıq üçün geniş imkanların müzakirəsi üçün ticarət və investisiyalar üzrə hökumətlərarası işçi qrupunun çağırılması məsələsi müzakirə olunur", - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, oktyabr ayında Azərbaycan və Braziliya arasında kosmik elm və texnologiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişin təqdimatı gözlənilir.

Həmçinin, səfirin sözlərinə görə, oktyabrın sonunda Azərbaycan və Braziliya ikinci dəfə Bakı Braziliya Film Festivalı və Braziliya Klassik Musiqi Festivalını keçirməyi planlaşdırır.

©Trend