2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 2 milyon 687 min dollar dəyərində 16022 ədəd kassa aparatı idxal edilib.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.3 dəfə, say baxımından isə 47% azdır. 2022-ci ilin ilk 6 ayında Azərbaycana 6 milyon 78 min dollar dəyərində 30327 ədəd kassa aparatları idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kassa aparatlarının idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% ucuzlaşıb. Belə ki, cari ilin ilk 6 ayında kassa aparatlarının bir ədədinin orta idxal qiyməti 167.7 dollara( 285 AZN) bərabər olduğu halda, ötən ilin müvafiq dövründə bu göstərici 200.4 dollar (340.7 AZN) idi.
Əlavə edək ki, Azərbaycana idxal edilən kassa aparatlarının 15745 ədədi (98.3%-i) Çindən gətirilib.