“Carlsberg Azerbaijan” MMC-nin baş direktoru Alius Antulisin Fins.az-a müsahibəsi.
“Carlsberg Azerbaijan” şirkəti inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?
- 15 il bundan əvvəl “Carlsberg Group" Azərbaycanda zavodu alıb. Şirkət olaraq bu addımı atmaqda məqsədimiz odur ki, sürətlə inkişaf edən Azərbaycanda az alkoqollu içki zavodlardan biri olaraq yüksək nəticələr əldə edək.
- Şirkətin rəqabət qabilliyəti hansı səviyyədədir və xidmətlərinizə olan təlabat səviyyəsi hansı yerdədir?
- Azərbaycanda pivə bazarını inkişaf edən bazar kimi dəyərləndiririk. Biz və ölkədə fəaliyyət göstərən digər pivə istehsalçıları daim çalışırıq ki, yeni dadlarda pivələr təklif edək. Bu da yenilik kimi qeydə alınır. Pivə bazarının lideri kimi əsas marağımız odur ki, Azərbaycanda bu sahə daha da böyüsün və biz də yeni dadlar təklif edək ki, ölkədə pivə mədəniyyəti inkiaf etmiş olsun.
- Beynəlxalq əlaqələr baxımından xarici şirkətlərin ölkəmizə olan marağını şirkətinizlə əlaqələrinə təsir etdiyini müşahidə edirik. Burada ticarət əlaqələri, yoxsa təlabət xarakterli nüanslar əsas götürülür?
- Bizim yanaşmamız belədir ki, yerli tərəfdaşlarla çalışmağı daha üstün tuturuq. Belnəlxalq əməkdaşlığa gəldikdə isə, bir çox forumlarda onlarla müqavilələrimiz olur. Demək olar ki, bütün qlobal şirkətlərlə ünsiyyətimiz olur. Hərə öz sektorunda çalışır. Yalnız biz beynəlxalq şirkətik və bir neçə şirkətlərlə əməkdaşlıq edirik. Qalan pivə istehsalçılarına baxsaq, onlar yalnız yerli şirkət olaraq fəaliyyət göstərirlər.
Əsas portnyorlarla əməkdaşlığmız ondan ibarətdir ki, bizə lazım olan xammal, qablaşdırmanı yerli şirkətlərdən əldə edək. Bu bizim iş prinsipimizdir. Bunun sayəsində yerli şirkətlər də inkişaf etmiş olur və beynəlxalq səviyyəyə çıxır. Ona görə də bizim iş prinsipimizin əsaslarından hesab olunur.
- Azərbaycanda bir neçə sənayə müəssisələriniz fəaliyyət göstərir, o cümlədən bu yaxınlarda İmişlidə arpa emalı zavodunun təməli qoyuldu. Bu, xammal ehtiyaclarını ödəməyə kifayət edəcəkmi?
- İmişli rayonunda “AzərSun Holdinq“in nəzdində “Azər Şəkər” zavodu fəaliyyət gösətərir. Həmin ərazidə İmişli arpa emalı zavodunun təməlini onlarla birlikdə qoydur. Zavod tamamilə onlara məxsusdur. Biz qlobal şirkət olduğumuz üçün onlardan məhsul alacağıq. Zavodun ən böyük müştərisi biz olmaqla yanaşı, ən böyük ehtiyaclarımızı da oradan almış olacağıq. Zavodun qüvvəsi şirkətimizin illik ehtiyacını tamamilə ödəyəcək.
- Məhsulun xammal xaricdən, yoxsa daxildən alınır?
- Bizim elə xammal var ki, xaricdən, eləsi də var ki, Azərbaycandan alırıq. Amma çalışırıq ki, ildən-ilə bütün ehtiyaclarımızı Azərbaycandan almış olaq. Bu, bizdən asılı deyil. Gərək Azərbaycanda olan yerli şirkətlər xammalı bizə təklif etsin, keyfiyyət baxımından bizə uyğun olsun. 2019-cu ildən tamamilə yerli pivə istehsalına keçmişik. Növbəti addım pivə səmənisidir ki, hazırda da bunun üzərində də çalışırıq.
- Bir çox layihələrə imza atmısınız. Bəs Azərbaycanda biznes mühitinin inkişafına dəstək məqsədiylə hansı layihələr həyata keçirmisiniz?
- Azərbaycanda biznes mühiti çox yaxşıdır. Bu da bizə imkan verir ki, gələcəyə ümidlə baxaq. Bu barədə qeyd etməliyəm ki, Azərbaycanda biznes və dövlət arasında dialoq çox güclüdür. Amerika Ticarət Platfortnasının tədbirlərində iştirak edirik. Onların qida kateqoriyasın komitəsi var ki, “Carlsberg Azerbaijan” şirkəti həmin komitənin rəhbərlərindən biridir. Biz düşünürük ki, bu kifayət qədər güclü platformadır. Biz burada fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq.
- 2022-ci ildə və bu ilin 2 rübündə satışlarda artım müşahidə olub? Ümumiyyətlə, statistik göstəriciləriniz haqqında nə deyə bilərsiniz?
- Pandemiyadan sonra 2022-ci il ilk stabil il oldu. 2023-cü ilin ilk 6 ayına nəzər salsaq görərik ki, Azərbaycanda pivə istehsalında artım müşahidə olunur. Bu artım bizim də satışlarımızın 1%-ni təşkil edir.
Fuad Mədətov
Fins.az