BİZNES

07 Sentyabr

Azərbaycan kapital bazarı daxilində rekord qırmış olacağıq - “Unicapital İnvestisiya”

Bu gün Bakı Fond Birjasında “Unibank” ASC-nin istiqrazlarının "Açılış Zəngi" mərasimi keçirilib.

Fins.az xəbər verir ki, mərasimdə “Unicapital İnvestisiya” şirkətinin baş direktoru Vüqar Namazov çıxış edib. O, qeyd edib ki, Unibank ASC tərəfindən istiqraz buraxılışı fiziki və hüquqi şəxslər tərəfindən çox maraqla qarşılanıb.

“İnvestorların sayı baxımından korporativ AZN istiqrazları üzrə Azərbaycan kapital bazarı daxilində rekord qırmış olacağıq”, - V.Namazov deyib.

“Unibank” ASC tərəfindən tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarını emissiya edilib.

Fuad Mədətov
Fins.az