BİZNES

07 Sentyabr

KOBİA-nın İstanbulda keçiriləcək Dünya Türk Biznes Şurasının 10-cu qurultayında iştirakı müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dünya Türk Biznes Şurasının Azərbaycan nümayəndəsi Barış Altıparmak ilə görüşüb.

Fins.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, görüşdə türk ölkələrinin biznes qurumları ilə əməkdaşlıq imkanları, eləcə də gələn həftə İstanbulda keçiriləcək Dünya Türk Biznes Şurasının 10-cu qurultayında KOBİA-nın iştirakına dair məsələlər müzakirə edilib.