BİZNES

06 Sentyabr

Keyfiyyət göstəricisindən “Conax Class”

“Aqua Pool” istəklərinizi nəzərə alaraq 10 litrlik, 6 filtrli, tərs osmoslu (pompalı) su çəni ilə  sizi sevindirməyə davam edir. Kompakt dizayn vasitəsilə mətbəx mebelində çox kiçik yer tutan bu çən 6 mərhələli hava filtrasiya texnologiyası ilə 8,5 Ph səviyyəsində qələvi suyu təmin edir. Qələvi və kokos filtrləri sayəsində yüksək keyfiyyətli içməli su əldə etməyə imkan verir. Əsas özəlliklərindən biri isə təzyiqlə su vurma xüsusiyyətidir. Bu model “tax-çevir” texnologiyası sayəsində filtrin asanlıqla dəyişdirilməsini təmin edir.

Fins.az xəbər verir ki, tərs osmos (pompa) sistemi nanoölçülü çöküntü hissəcikləri, bakteriya və mikroorqanizmləri, həmçinin əhəngi təmizləyərək suyu saflaşdırır. Qabda çöküntü, qum, çınqıl və palçıq kimi maddələrin təmizlənməsini təmin edir. Suyun rəng, dad, qoxu balansını tənzimləyərək xlor və digər kimyəvi maddələrdən qoruyur. Suyu krandan axmazdan əvvəl son dəfə təmizləyən və dadlandıran isə kokos karbon filtridir. Filtr bunu tərkibindəki kokos qabığı və dənəvər karbon sayəsində həyata keçirir. Sizin sağlamlığınızın qayğısına qalan “Aqul Poll”-un “Conax Class” su çəni yalnız 100% təbii və üzvi materiallardan hazırlanır.

“Aqua Poll” firması su təmizləyici qurğuların satışı və quraşdırılması sahəsində yetərincə təcrübəyə və imkana malikdir. Bunun üçün firma Amerikanın “Pentair”, Belçikanın “Pollet Water Group”, İspaniyanın “Astral Poll”, “Puricom”, Türkiyənin “Esli”, “Ravent”, “Ova” və Almaniya və Ukraynanın birgə istehsalı olan “Ecosoft” şirkətinin keyfiyyətli məhsullarını sistemləşdirərək “Aqua Home” markası altında satışa çıxararaq əməkdaşlıq edir. Şirkət hazırda həm sənayedə, həm də məişətdə qarşılaşdığınız təmiz və içməli su problemlərinin həllində çıxış yolları təklif edir.

Keyfiyyət carçısı Wegros platforması yüksək səviyyəli brendlərlə əməkdaşlıq edərək istehlakçıların daha yaxşı məhsullara əlçatımlığını təmin edir. Platformanın “Aqua Poll” ilə əməkdaşlığı sayəsində siz bir kliklə Conax Class su çənini əldə edə bilərsiniz!