BİZNES

06 Sentyabr

Azərbaycan Moskva vilayətindən quş əti idxalını 56 % artırıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Moskva vilayətindən quş əti idxalını 56 % artırıb.

Fins.az bu barədə Moskvanın Kənd Təsərrüfatı və Qida Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 7 ayda Moskva vilayətindən ümumilikdə 140,2 milyon ABŞ dolları dəyərində 56,5 min ton quş əti ixrac edilib. Moskvanın əsas quş əti alıcıları isə Çin, Belarus və Qazaxıstan olub.

Hesabat dövründə Moskva vilayətindən Özbəkistana quş əti ixracı 122 %, Serbiyaya 82 % artıb.