BİZNES

04 Sentyabr

Azərbaycanda qiymətləri ən çox artan məhsullar

2023-cü ilin yanvar-iyul aylarında tərəvəz qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28.4%, hava nəqliyyatı ilə sərnişin daşınması xidmətlərinin qiyməti isə 23.7% artıb.
 
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında illik inflyasiya dərmanlarda 17.8%, ət və ət məhsullarında 15.6%, ərzaq məhsulları, içkilər, tütün məhsullarında isə 14.3% təşkil edib.
 
Məhsullar / Qiymət artımı illik müqayisədə
Tərəvəzlər 28.40%
Hava nəqliyyatı ilə sərnişin daşınması 23.70%
Dəftərxana ləvazimatları 18.90%
Dərmanlar 17.80%
Zinət əşyaları 16.40%
Çay, qəhvə və kakao 15.70%
Ət və ət məhsulları 15.60%
Ərzaq məhsulları, içkilər, tütün 14.30%
Mebel və ev əşyaları 12.10%
Avtomobillərin təmiri 11.60%