BİZNES

30 Avqust

Daha parlaq təbəssümlər

Uzun illərdir ki, “Forever living” şirkəti müştərilərini məmnun edəcək diş geli və məcunu hazırlamaq üçün alimlər və diş həkimləri ilə birgə əməkdaşlıq edərək araşdırmalar aparıb. Nəhayət, şirkət hazırladığı Forever Bright diş məcununu ilə müştəri məmnuniyyətinə nail oldu. Zərif və effektiv təbii inqrediyentlərin birləşməsi ilə hazırlanan diş məcunu öz teksturası ilə ailənizdə balacadan böyüyə hər kəsin dişlərinin sağlam inkişaf və qorunmasına xidmət edəcək.

Fins.az xəbər verir ki, əgər dişlərinizin ağarmağını və diş əti çəkilmələrinin qarşısını almaq istəyirsinizsə, bu məhsuldan könül rahatlığı ilə istifadə edə bilərsiniz. Tərkibində olan arı propolisi damaq qanamalarının qarşısını alaraq sağlam damaqlara sahib olmağınıza kömək edəcək. Aloe ağız bakteriyalarının məhv olmasını, mikroblardan müdafiəni təmin edir. Nanə ilə əldə olunan və gün boyu davam edən təravətli nəfəs sizi məmnun edəcək. Heç bir heyvan mənşəli  məhsuldan istifadə edilmədiyinə görə Forever Bright diş məcunu vegeterianlar üçün əla seçimdir.

Təravət və təmizlik hissi üçün gündə iki dəfə yeməkdən sonra diş məcunundan istifadə etmək tövsiyə olunur.

Forever Living şirkəti dünyanın ən böyük Aloe Vera istehsalçısıdır. 40 ildən çoxdur ki, sağlamlıq və gözəllik üçün ən yaxşı təbii mənbələri araşdırıb tapmağa və bunları bütün dünya ilə bölüşməyə çalışır. Keyfiyyət və saflığı əsas götürərək dünyada hər kəsin daha yaxşı görünməsi və hiss etməsi üçün böyük həvəslə xidmət edir. Azərbaycanda isə bu missiyanı üzərinə götürən Wegros icma əsaslı onlayn alış-veriş platformasıdır.  Wegros platformasından asan və rahat ödəniş sistemi ilə Forever Bright diş məcunu məhsulunu əldə edə bilərsiniz.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.