BİZNES

29 Avqust

Azərbaycanla İrlandiya arasında ticarət dövriyyəsi 75%-dən çox artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla İrlandiya arasında ticarət dövriyyəsi 388 milyon 73 min dollara bərabər olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 75.6% və ya 167 milyon 37 min dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan İrlandiyaya ixracın həcmi 80.6% artaraq 367 milyon 936 min dollar təşkil edib. Eyni dövrdə İrlandiyadan Azərbaycana ixracın həcmi isə 16.7% artaraq 20 milyon 136 min dollar olub.

Əlavə edək ki, Azərbaycanın İrlandiyaya ixracının 99.6%-ni xam neft məhsulu təşkil edib. Belə ki, cari ilin ilk 7 ayından Azərbaycandan İrlandiyaya 366 milyon 641 min dollar dəyərində 630 min 56 ton neft ixrac edilib