BİZNES

29 Avqust

Xatirələrdən ilhamlanan ətir

Kondisionerin quru havasından sıxılmısınızsa, evinizə gələnlərin qoxudan bihuş olmağını arzulayırsınızsa, ən əsası gün boyu xoş ətrin davamlılığını duymaq istəyirsinizsə, “Harrem” tam sizə uyğun məhsulla qarşınızdadır!

Fins.az xəbər verir ki, “Harrem” labaratoriyasının istehsalı “Bəylərbəyi” otaq qoxusu Əbdülhəmid xanın xatirəsindən ilhamlanaraq yaradılan ətirdir. Bu ətir güclü bir liderin qüdrətini öz təmiz və dinc qoxusu ilə məkanlarınıza təqdim edir. “Bəylərbəyi” otaq qoxusu gözlərinizi yumduğunuzda sizə sanki rəngarəng çiçəklər açmış bağda gəzintidəsiniz kimi hiss etdirəcək.

35% essensiyadan ibarət bu ətrin əsas üstünlüklərindən biri məhz diffuziyalı olmağıdır. Belə ki, diffuzor bir neçə həftə ərzində qoxunu ardıcıl şəkildə yayır və görüntüsü ilə evinizin dekorasiyasına rəng qatır. Ətir, eyni zamanda quru havanın yumşaldılmasına da xidmət edir. Diffuziyalı “Bəylərbəyi” otaq qoxusundan istifadə edərək gününüzü daha sərin və daha xoş duyğularla keçirin!

Türkiyənin məşhur brendi olan “Harrem” dünyanın dörd bir yanında məhsullarını ən yüksək keyfiyyət və xidmətlə istehlakçılara təqdim edir. Azərbaycanda isə bu məhsulları Wegros platformasından tam əminliklə əldə edə bilərsiniz!

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

SİFARİŞİ BURADAN EDƏ BİLƏRSİNİZ: