Avqustun 29-da Bakı Fond Birjasının təşkilatçılığı ilə Kapital Bazarı iştirakçılarına eləcədə potensial investorlara Repo bazarının imkanları mövzusunda vebinar keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, Vebinarda REPO əməliyyatlarının xüsusiyyətləri, onların faydaları, riskləri və investorlar üçün imkanları barədə ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədi investorların - fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə-iqtisadi ixtisaslar üzrə ali məktəblərin tələbələrinin maliyyə savadlılığının artırılmasıdır.