BİZNES

28 Avqust

İlğımdan şəkərinizi tənzimləyəcək məhsul

Son illərdə gəncləşən xəstəliklər arasında tez-tez şəkərli diabetin adını eşidirik. Xeyli müddətdir ki, aparılan araşdırmalar sayəsində şəkərə təsir göstərən, insulin miqdarının aşağı salınmasını təmin edən bir neçə bitki tapılıb. İlğım şirkəti həmin faydalı bitkiləri bir araya gətirərək şəkər xəstəliyindən əziyyət çəkənlərin rifahının yaxşılaşdırılmasına şərait yaradıb.

Fins.az xəbər verir ki, “İlğım” şirkətinin istehsalı olan “Diabet məhlulu” zeytun yarpağı, rozmarin, nanəcövhər, dəfnə yarpağı, bağayarpağı, boymadərən bitkisi, yovşan, buğda kəpəyi, həmçinin nar sirkəsi və az miqdarda təmiz qatqısız baldan ibarətdir.

Bitkilərin hər biri tərkibində olan vitaminlərə görə birbaşa insulin miqdarının azaldılmasına xidmət edir. Zeytun yarpağının tərkibi hidroksitirozol, rutozitin, oleuropein maddələri və elenol turşusu ilə zəngindir. Nəzərə alsaq ki, hazırki dönəmdə insanlar qeyri-sağlam qidalanmaya meyllidir, bu da qanda insulinin tarazlığını pozur. Oleuropein isə qanda şəkər, lipid və xolesterinin səviyyəsini tarazlaşdırır, insulin reseptorlarını aktivləşdirərək hüceyrələrin insulinə həssaslığını artırır. Nanəcövhər demək olar ki, bütün xəstəliklərdə və ağrının yüngülləşməsi üçün istifadə olunan bitkidir. Tərkibindəki B, C, A vitaminləri ilə artan qan dövranının stimullaşdırıcı təsiri orqanizmin oksigenlə doymasına,maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bundan əlavə, qan dövranının artması, diabet xəstələrinin qlükoza balansının pozulması səbəbindən yaşadıqları ağırlaşmanın qarşısını ala bilir. Buğda kəpəyi insulin və qan şəkərini optimal səviyyədə saxlamağa kömək edir. Çünki, kəpək yavaş udulur və yeməkdən sonra şəkərdə kəskin bir sıçrayış baş vermir. Yovşan otundan istifadə vücuddakı şəkəri azaldır və hüceyrələri enerji ilə doyurur. O, hüceyrələrə nüfuz edərək pankreas fəaliyyətinin məhsullarının iştirakı olmadan enerji verir və hüceyrə səmərəliyini qoruyur. Acıtəhər dada və heyranedici qoxuya malik dəfnə yarpağı öz zəngin tərkibi ilə mədə həzmini asanlaşdırır, karbohidrat balansını normalaşdırır və qanda qlükozanın miqdarını azaldır. Bal xalis enerji mənbəyi olduğu üçün orqanizmin enerjiyə olan tələbatını ödəyir, nar sirkəsi isə qan normasını balanslaşdırır.

Şəkər xəstələri üçün çox effektiv olan bu məhlul qandakı şəkəri tənzimləyir, yüksək şəkəri aşağı salır, mədə-bağırsaqdakı köp və qıcqırmanı aradan qaldırır.

“Əmin Qida Sənaye” MMC-nin məhsulları İSO keyfiyyət və İSO qida təhlükəsizliyi idarəetmə sertifikatına malikdir. Bu da məhlulun keyfiyyət göstəricisidir. Siz Wegros platformasından istifadə edərək keyfiyyətə zəmanət verən məhsulları asanlıqla əldə edə bilərsiniz.