2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 mlrd. 666.1 mln. dollar təşkil edib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.9% və ya 1 mlrd. 673.3 milyon dollar çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40.5% artaraq 4 milyard 746.1 milyon dollara, Türkmənistanla ticarət dövriyyəsi 3.6 dəfə artaraq 568 milyon 54.48 min dollara, Qırğızıstanla ticarət dövriyyəsi 4.8 dəfə artaraq 21.6 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 32% azalaraq 237.9 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 10.9% azalaraq 92.4 milyon dolara bərabər olub.