BİZNES

25 Avqust

Ürəyinizin qayğısına qalın!

“Arıdan by Bee”-də  sizə özəl möhtəşəm məhsul var-Kardiobalzam.

Fins.az xəbər verir ki, Kardiobalzam ümumi olaraq, ürəyin işemik xəstəlikləri, aritmiyalar, taxikardiyalar, bradikardiyalar, infarkt, insult, nevrasteniyalar, yorğunluq, yuxu pozğunluqları, immun zəifliyi problemlərində rahatlıqla istifadə edib xeyrini görəcəyiniz məhsuldur. 100% tam təbii bal arısı məhsulunun tərkibində bal, üzüm çəyirdəyi və çiçək tozu yer alır ki, bunların da hər biri ayrılıqda güclü antioksidantdır.

Bildiyiniz kimi, bal ən effektiv enerji mənbəyidir. Cəmi 6-8 dəqiqə ərzində bütün bədənə yayıldığı üçün yorğunluq və halsızlıq kimi halların aradan qaldırılmasında sürətli təsir göstərir. Qanyaradıcı xüsusiyyəti ilə yeni qan əmələ gətirir və qanı təmizləyir. Bal qan dövranını tənzimləyir, ziyanlı xolesterinin miqdarını aşağı salır, damarları elastik edir. Ürək damarlarının açılmasına, qan dövranının sürətlənməsinə yardımçı olan bal ürəyi qoruyan təsirli bir vasitədir. Balın tərkibindəki qlükoza ürək əzələlərini qidalandırır, daha yaxşı fəaliyyət göstərməsinə xidmət edir. Çiçək tozunun tərkibində yer alan çoxsaylı vitaminlər xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir, maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, fiziki və əqli iş qabiliyyətini artırır. Stressə qarşı davamlılığı artırdığı üçün yorğunluq, əsəb gərginliyi, depressiyaya qarşı effektivdir. Üzümün özündən çox çəyirdəyində olan proantisianidinlər və tokoferol elementləri bədəndə sağlam hüceyrə sayını artırır, siqaret və ya digər zərərli qidalarla orqanizmə daxil olan maddələrlə mübarizə aparır, qan dövranını sürətləndirərək damar tutulmasını azaldır. Ürək fəaliyyətinin yaxşılaşmasında mühüm rol oynadığı üçün mütəxəssislər ürək problemi yaşayanlara üzüm çəyirdəyindən isifadəni məsləhət görür.

Ola bilər ki, siz bu məhsulları ayrılıqda istehlak etməkdə çətinlik çəkəsiniz, bu əsnada ən yaxşı yol məhz “Arıdan by Bee”-nin Kardiobalzamından istifadə etməkdir. Gün ərzində 2-3 dəfə 1 çay qaşığı ilə yaranan yeniliyə heyran qalacaqsınız. Məhsulu istifadə etməzdən əvvəl qarışdırmağınız tövsiyə olunur.

Sağlam həyata təməl addımlarınızı atmaq üçün Wegros platformasına keçid edin. Çünki Wegros platforması sizi düşünərək sizin qayğınıza qalan şirkətlərlə əməkdaşlıq edir.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

SİFARİŞİ BURADAN EDƏ BİLƏRSİNİZ: