Bakıda müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları Sərgisi" keçiriləcək.
Fins.az xəbər verir ki, təşkilatçılar 28-29-30 sentyabr 2023-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq sərgiyə sahibkarları və şirkət əməkdaşlarını iştirak etməyə dəvət edirlər.
Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribyutorlar axtarırlar. Yeni biznes qurmaq, məhsul çeşidinizi genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan faydalana bilərsiniz. Çin şirkətlərinin nümayəndələri ilə bir-başa görüşlər keçirə biləcəksiniz.
Əsas təşkilatçı: "Shanghai Kanchen Exhibition Co.,LTD"
Sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. İştirak – ödənişsizdir.
Sərginin ilk günündə dövlət qurumları və agentliklərinin nümayəndələrinin iştirakı ilə rəsmi açılış olacaq.
Sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. İştirak – ödənişsizdir. Öncədən qeydiyyatdan keçən şirkət və sahibkarlara ikinci dəfə qeydiyyatdan keçməyə ehtiyyac yoxdur.
Yalnız qeydiyyatdan keçmiş ziyarətçilərə sərgidən 3-4 gün öncə Çin şirkətlərinin siyahısı və sərgi proqramı göndəriləcək..
Qeydiyyat //www.ccfaexpo.com/registration/ linki vasitəsilə mümkündür.
Ətraflı məlumat almaq üçün: 050 475 57 28
Sərgidə stend icarəyə götürmək və reklam imkanlarından faydalanmaq istəyən şirkətlərdə müraciət edə bilərlər.
Əgər sərgi iştirakçısı olmaq, şirkətinizi, xidmət və məhsullarınızı tanıtmaq istəyirsinizsə qeyd olunan imkanlardan da istifadə edə bilərsiniz:
1. Sərgidə 9 kv.m stend icarəyə götürmək (icarə haqqı -3000 USD/5100 AZN).
2. 3 günlük sərgi zamanı poliqrafiya və promo materiallarınızın (flayer, buklet, kataloq, qələm, bloknot) sərgiyə gələn 3000-5000 iş adamı və şirkət nümayəndəsinə paylanılması (xidmət haqqı – 300-500 AZN).
Qeydiyyat //az.b2bagro.ru/chin-sergisi linki vasitəsilə mümkündür.
Ətraflı məlumat almaq üçün: 050 475 57 28