“BMZ Collages” şirkətinin direktor müavini Fidan Dəmirlinin Fins.az-a müsahibəsi.
- “BMZ Collages” şirkətinin inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?
- Şirkətin rəhbəri Çinarə xanım Sadıqova şirkətin inkişafı üçün əlindən gələni əsirgəmir. Çinarə xanım hal-hazırda iş ilə əlaqədar işgüzar səfərdə olsa da, təbii ki, bütün bunlara rəğmən peşəkar kollektivlə çiyin-çiyinə bərabər çalışırıq. Xidmət sahələrimizə Türkiyə və Avropa ölkələrində həm qiyabi, həm də əyani təhsil daxildir. İstərsə imtahan nəticəsi olmadan, istərsə də imtahan nəticəsi ilə qəbula 100%-lik zəmanət veririk. Bakalavr və magistr pilləsində oxumaq üçün bizə müraciət edən tələbələrin getdikləri şəhərdə qarşılanması və yerləşdirilməsi də bizim xidmət sahəmizə daxildir. Onu da vurğulayım, YÖS və dil kursları da “BMZ Colleges”də mövcuddur.
- Abituriyent və tələbələrinin müraciətləri əsasən nə ilə bağlı olur? Ümumiyyətlə, daha çox tələbat hansı xidmətlərədir?
- Xidmətlərimiz hər bir müraciətə uyğundur. Ancaq Türkiyə universitetlərində imtahansız şəkildə, yalnız attestatla qəbul olub oxumaq bir çox gəncin arzusudur. Ən çox tələbatımızda məhz budur.
- Diplomun tanınması ilə bağlı əvvəlcədən nə kimi işlər görülür? Diplomum tanınması isə məzunlara Azərbaycanda rahatlıqla iş tapmasına kömək edə bilirmi?
- Əlbəttə ki, diplomlar istər ölkəmizdə, istərsə də Avropada tanınır. Müraciətçilər bununla bağlı Elm və Təhsil Nazirliyinin qaynar xəttinə zəng edərək, məlumat ala bilərlərlər. İş tapmaq çətin olmur, çünki xaricdə oxuyub məzun olmuş bir gəncin perspektivi, əlbəttə ki, çoxdur.
- Tariflər nəyə əsasən təyin olunur və bunun üçün xüsusi hesablama kriteriyaları varmı?
- Tariflər tələbə namizədinin seçdiyi ixtisaslara, gedəcəkləri şəhər və universitetlərə görə dəyişir. Təbii ki, meqapolis şəhərlərin xərci də yüksək olur.
- Azərbaycanda təhsil şirkətləri arasında rəqabət qabilliyəti hansı səviyyədədir?
- Mən deyərdim ki, bir çox şirkətlər rəqabətdən qaçır. Ancaq bizim kimi peşəkar şirkətlər var ki, onlar da rəqabətə girmir. Çünki hər bir şirkətin öz tələbə kütləsi var. Məqsədimiz gənclərin gələcəyidir.
- Xaricdə təhsil almaq istəyən orta statistik tələbənin bütün xərcləri daxil illik nə qədər ödəniş etməlidir?
- Bir tələbənin təhsil xərci 1 ildə ortalama olaraq 400-1000 AZN təşkil edir. Şəxsi xərcləri fərdi olaraq dəyişə bilər.
Fuad Mədətov
Fins.az