BİZNES

24 Avqust

Azərbaycan Turan İqtisadi Foruma ev sahibliyi edəcək

KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 7-8 dekabr tarixlərində, Bakı şəhərində “Turan Economic Forum” həyata keçiriləcək.

Fins.az xəbər verir ki, Forumun keçirilməsində əsas məqsəd Turan ölkələrinin biznes subyektləri, sahibkarları və iş adamları arasında ticarət əlaqələrini və kommersiya münasibətlərini inkişaf etdirmək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Layihə müddətində dövlət rəsmilərinin çıxışı, 200-ə yaxın markanın təqdimatı, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması və info turların təşkili planlaşdırılıb. Ölkəmizdən bir çox banklar, məşhur holdinglər, şirkətlər və ictimai birliklər kimi özəl qurumların və təşkilatların da iştirakı nəzərdə tutulub. Forumda Turan ölkələri ilə yanaşı (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan) Səudiyyə Ərəbistan, Küveyt,  İsrail, Qətər, Misir, Rusiya və Yaponiyadan investorların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forumun hər il fərqli Turan ölkəsində keçirilməsi planlaşdırılır. Növbəti “Turan Economic Forum”  Türkiyə Cümhuriyyətində baş tutacaq.

Tədbirin təqdimatı ilə tanış olmaq üçün: //bit.ly/3QNPVas

Qeydiyyatdan keçmək üçün : //forms.gle/bpaQ7UxoWGRQ3ZBW8

Tədbirin keçiriləcəyi ünvan:  Baku Marriott Boulevard Hotel

Xaqani Rüstəmov küç, 4C

Əlaqə: (+994) 051 230 39 35 / [email protected]

Veb sayt: turanforum.az