BİZNES

24 Avqust

Gələcək şirkətinizin peşəkar təməli

Wegros platforması sizə yerli şirkətlərin açılması (qeydiyyatı), sənədləşməsi, möhürün sifarişi, bank hesabının açılması və direktor qeydiyyatının ən asan yolla həyata keçirilməsini təklif edir. AyFinance MMC-nin əməkdaşlığı ilə siz öz şirkətinizi peşəkar komanda ilə quracaqsınız.

Fins.az xəbər verir ki, AyFinance MMC 10 illik təcrübə ilə mühasibat uçotunun aparılması, maliyyə xidmətlərinin göstərilməsi və kadr sənədləşməsi sahəsində ixtisaslaşıb. Konfidensiallığı qoruyaraq hər biznesə fərdi yanaşan şirkət, biznes risklərinin azaldılmasına və problemlərin çevik həlli yollarının tapılmasına xidmət edir. Siz bu xidmət növünü seçərək mühasibat və vergi uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, dövlət orqanlarına hesabatların təqdim edilməsi, gündəlik icra edilən digər mühasibatlıq işlərinin görülməsi, vergi qanunvericiliyi ilə bağlı məsləhətlərin verilməsi, vergi ödəyicilərinin qeydiyyatı və məlumat dəyişikliyi, müəssisələrin Vergi idarələrində təmsilçiliyini peşəkar şəxslərə həvalə etmiş olursunuz. İşçilərin işə qəbulu, işdən azad edilməsi, dəyişikliklərlə bağlı sənədlərin, ştat cədvəllərinin hazırlanması, EMAS sistemində əməliyyatların qeydiyyatı, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, işçilərə əmək haqlarının və digər hesablamaların aparılması və ödənişi ilə bağlı əməliyyatlar AyFinance MMC-nin kadrlarla bağlı hesablamalar və sənədləşmə xidməti tərəfindən həyata keçirilir.

Bu fürsətdən yararlanmaq üçün bir kliklə Wegros platformasına keçid edə bilərsiniz.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/yerli-investisiyal%C4%B1-mmc-qeydiyyat%C4%B1