BİZNES

24 Avqust

“Trendyol” Azərbaycanda şirkət yaratdı

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Trendyol Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.

Fuad Mədətov
Fins.az