BİZNES

22 Avqust

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

İyulda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4556 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3583 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 965 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53 faizini təşkil edib.