BİZNES

22 Avqust

“TUNA” şirkətinin ölkədaxili müştəri bazası 70%-i əhatə edir

Şirkətlər arasında rəqabət qabiliyyəti prosesində üst səviyyədəyik. Bu da müştəri sayımızla əlaqədardır. Çünki bizim kifayət qədər müştəri bazamız var. Ölkə üzrə 70% təlabat var. Amma xarici bazarı rəqəmlərlə desək, bu, 50% civarındadır.

Bunu Fins.az-a müsahibəsində “TUNA” (Tuna Printing Publishing Packaging Company) şirkətinin satış üzrə meneceri Əli Xankişizadə deyib. O, bildirib ki, Azərbaycanda böyük şirkətlərlə yanaşı bir neçə nazlirliklərlə də iş birlikləri var:

“Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyinin sifarişlərini həyata keçiririk. Həmçinin onların tabeçiliyindəki qurumlarla da işbirliyimiz mövcuddur. Bütün bunlar uzunmüddətli işbirliyidir ki,  bu da şirkətin rəqabət qabilliyətinə təsir edir. Əsasən mətbəə-kitablar, jurnallar və başqa bu kimi məhsullar sifarış olunur. Bundan başqa, etiketlərdir ki, burada da qida sektoru öz rolunu oynayır. Söhbət qida məhsullarının etkitlənməsindən gedir”.

Şirkətin gələcək planlarından danışan Ə.Xankişizadə vurğulayıb ki, əsasən hədəfləri beynəlxalq əməkdaşlıqlara yönəlib:

“Azərbaycanda iri şirkətlərlə birgə fəaliyyət göstərib, onlarla əməkdaşlıq edirik. Gələcəkdə planımız daha genişdir və çalışırıq ki, xarici ölkələrə inteqrasiya edərək, orada da yüksək səviyyədə fəaliyyət göstərək. Bu məsələdə nəzərdə tutduğumuz əsasən Avropa və Asiya ölkələridir. Məhz ilk planlarımızdan biri budur”.

Fuad Mədətov
Fins.az