BİZNES

22 Avqust

Əczaçılıq məhsulları idxalında artım olub

Bu ilin yanvar-iyul aylarında 18,2 min ton əczaçılıq məhsulları idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 362 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 376,7 milyon dollar olmaqla, 14,5 min ton əczaçılıq məhsulları idxal edilib.

Həmçinin hesabat dövründə 71,2 min ton gübrə idxal olunub. İdxal edilən gübrənin dəyəri 44,9 milyon dollar olub. Ötən ilin yeddi ayında isə məbləği 37,8 milyon dollar olmaqla 45,5 min ton gübrə idxal edilib.