BİZNES

21 Avqust

Bu il Azərbaycanda iqtisadi artım 0,5% olub

İqtisadi artım tamamilə qeyri neft-qaz sahələri hesabına təmin edilib, daxili tələb amilləri məcmu tələbin aktivləşməsində əsas rol oynayıb.

Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, hesabat dövründə iqtisadi artım 0,5% (2022-ci ilin 6 ayında 6,2%) olub və tamamilə qeyri neft-qaz sahələri hesabına təmin edilib. İqtisadi artımın zəifləməsi neft hasilatının azalması, bəzi qeyri neft-qaz sahələrində yuxarı baza effekti nəticəsində artım tempinin zəifləməsi ilə izah olunur. Qeyri neft-qaz sahələrinin 3,1% artımında əsas rol turizm və tikinti sektorlarına məxsus olmuş, tikintidə 9,2% artım əsas kapitala daha çox investisiya yönəldilməsi ilə bağlı olub. 18,0 mlrd. ABŞ dolları olan ixrac 2,8% azalsa da, 8,2 mlrd. ABŞ dolları olan idxal həcmi 29,0% artmış, məcmu tələbin artımı daxili amillərdən formalaşıb.