Türkiyə istehsalı “Aqua pool”-dan 8 litrlik 6 filtrli Ravent su çəni təmiz su içməklə sağlamlığınızı qoruyacaq və sizə keyfiyyətli anlar bəxş edəcək.
Fins.az xəbər verir ki, suyun tərkibindəki müəyyən maddələr və istehsalı, qablaşdırılması zamanı yaranan bakteriyalar insan orqanizminə daxil olduqda nəticəsi ağır olan fəsadlar törədə bilər. Ravent su çəninin daxili 6 filtri suda insan sağlamlığına zərər vuran bütün maddələri süzgəcdən keçirərək suyu daha təmiz və keyfiyyətli hala gətirir. Tərs osmos (pompa) sistemi suyun tərkibindəki toz, qum, çöküntü kimi maddələri təmizləyir. Bu ön filtr digər filtrlərin ömrünü uzadaraq onların işini daha da optimallaşdırır. Aktivləşdirilmiş karbon filtri suda olan korroziya və pasları, eləcə də bakteriyaların çoxalması üçün mühit yaradan bütün üzvi maddələri təmizləyərək, suyun qoxusunu yaxşılaşdırır. Adətən, istifadə etdiyimiz suda xlor qoxusunu hiss edirik. Məhz Ravent su çənindəki CTO karbon filtri ilə bu problemi aradan qaldıracaqsınız. Membran filtrinə su nəql edildikdə davamlı su saflaşdırılmasını dəstəkləyir. 5-10 angustron (millimetrin milyonda biri) ölçüsündə bir milyondan çox məsamə ilə üst-üstə spiral formada dizayn edilmiş filtr özünüyuma xüsusiyyətinə malikdir. Bu xüsusiyyət ilə suda olan ağır metalları təmizləyərək hər cür virus və bakteriyaların aradan qaldırılmasını təmin edir. Sonuncu filtr olan dadlandırıcı filtr isə suyun qoxusunu və dadını ləzzətli etməklə PH normasını balanslaşdırır.
Müasir dizayna malik Ravent su çəninə sahib olmaq istəyirsinizsə, Wegros platformasını bir kliklə elə indi ziyarət edin. Həmçinin, “Aqua pool”-un digər məhsullarını da nəzərdən keçirə bilərsiniz!
Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.