BİZNES

21 Avqust

Azərbaycanda son bir ayda biznes kreditlərinin həcmi azalıb

2023-cü il avqustun 1-nə Azərbaycanda biznes kreditlərinin həcmi 11 milyard 622.7 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, biznes kreditlərinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 0.2% və ya 27.8 milyon manat azalıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 10.7% və ya 1 milyard 125.7 milyon manat artıb.