Bu ilin yanvar-iyul aylarında 24,3 min ton ət idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 46,9 milyon dollar olub. Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 39,8 milyon dollar olmaqla 23,5 min ton ət idxal edilib.
Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, yeddi ayda 7065 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 14,8 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 9,3 milyon dollar olan 5744 ton süd idxalı həyata keçirilib.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə azalma olub. Bu müddətdə 9748 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 55 milyon dollar olub. Ötən il 68,4 milyon dollarlıq 12 min ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.
Yanvar-iyul aylarında 198,2 min ton tərəvəz və meyvə idxal edilib. İdxal olunan tərəvəz və meyvənin dəyəri 132,7 milyon dollar olub. Keçən ilin eyni dövründə dəyəri 142 milyon dollar olmaqla 231 min ton tərəvəz və meyvə idxal edilib.
Hesabat dövründə 7221 ton çay idxal edilib. İdxal olunan çayın dəyəri 38,3 milyon dollar olub. Ötən ilin yeddi ayında dəyəri 42,1 milyon dollar olmaqla 8428 ton çay idxalı həyata keçirilib.