BİZNES

18 Avqust

Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 47,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9 % çoxdur.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 7 aylıq daxilolmaların 3,6 milyon manatı qeyri-yaşayış sahələrinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.

Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 15 % azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1 497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16 % və 14,7 % azdır.