BİZNES

18 Avqust

Azərbaycanda mobil operatorların gəlirləri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil operatorlar 550 milyon manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

Bununla belə, son 1 ildə mobil telefon rabitəsi gəlirlərinin informasiya və rabitə gəlirlərindəki xüsusi çəkisi 39,3%-dən 38,5%-ə düşüb.

Zəminə Hüseyn
Fins.az