Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və yaxud 1 il əvvələ nisbətən 83 manat çox vəsait xərcləyib.
Zəminə Hüseyn
Fins.az