Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda bu ilin yanvar-iyul aylarında 1743,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faizlik artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 318,9 milyon manat təşkil edib.