BİZNES

18 Avqust

Fiziki əmək hesabına görülən xidmətlərin bir qismi rəqəmsal aləmə daşınmaqdadır – Elnur İsayev

“TayqaTech” şirkətinin həmtəsisçisi Elnur İsayevin Fins.az-a müsahibəsi.

- “TayqaTech” şirkətinin inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?

- Qısa şəkildə ifadə edəsi olsaq, biz şirkətlərin rəqəmsal transformasiya ilə məşquluq. Yəni şirkətin bizness proseslərini analiz edib, ehtiyacı olan proqram təminatlarını müəyyən edirik. Daha sonra bu ehtiyacların hazır həllər, yoxsa yeni tərtib olunacaq proqram təminatları vasitəsi ilə qarşılanacağını qərarlaşdırırıq. Proqram təminatı hazır olduqdan sonra onun mərhələli formada tətbiqini və müvafiq istifadəçilərin təlimlərini həyata keçiririk. Mərhələlər tamamlandıqdan sonra müştəriyə ehtiyacı əsasında həm texniki dəstək, həm də rəqəmsal tansformasiya yolunda konsultasiya xidmətləri veririk.

Hazır həll olaraq şirkətimizin məhsulları ilə yanaşı partnyorlarımızın da tamamlayıcı həllərinin tətbiqi ilə məşğuluq. Öz məhsullarımız olan “TayqaSale” və “DigiTayqa” platformaları vasitəsi ilə həm şirkətlərin ofisdən kənar fəaliyyətlərini, həm də ofisdaxili prosesslərini idarə etmək mümkündür.

Layihə və məhsul komandamız mütəmadi olaraq şirkətlərin ehtiyaclarını müəyyən etmək üçün araşdırmalar aparmaqdadır. Bununla yanaşı beynəlxalq təcrübə və trendi də analiz edərək, texniki komandamıza məhsullarımıza əlavə olunacaq yeni imkanlar haqda məlumat təqdim olunur. Texniki komandamız öz növbəsində bu məlumatlar əsasında məhsullarımız üzərində həm təkmilləşmə işləri aparır, həm də onların imkanlarını zənginləşdirir. Beləliklə, məhsullarımıza davamlı olaraq yeni funksionallıqlar əlavə olunur.

Müştərilərimizə təqdim etdiyimiz həllin mütəmadi olaraq yenilənməsi (istər funksional, istər texnoloji cəhətdən) və lokal dəstək komandamızın daim müştərinin yanında olması bizim əsas prioritetlərimizdəndir. Başqa sözlə desək, hədəfimiz müştərinin etibarlı rəqəmsal transformasiya tərəfdaşına çevrilərək, ona daim yenilənən və inovativ texnoloji həllərlə peşəkar xidmət göstərməkdir.

- İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində nə kimi yeniklər təklif edirsiniz?

- Biz, əsasən B2B sahəsində xidmət göstəririk, beləki tərəf müqabilimiz biznes müəssisəsi, xidmətimizin istifadəçiləri isə onların çalışanlarıdır. Adətən təklif etdiyimiz yeniliklər biznes və tətbiqə görə ciddi fərqlənir. Yəni bir sahədə tətbiq olunan yenilik bu sahə üçün hava-su kimi lazım olduğu halda, başqa bir sahədə önəmsiz ola bilər.

Əksər biznes müəssisələrinin istifadə edə biləcəyi yenilikləri qeyd etmək istəsək, “Low code” konteksi altında yeni hazırlanan “Dinamik Alətlər” həllimizi vurğulaya bilərik. Həllin təqdim etdiyi imkanlardan istifadə edərək, şirkətlər üçüncü tərəfə ehtiyac olmadan öz daxili hesabatlılığını rahatlıqla təmin edə, müxtəlif məqsədli prosesləri rəqəmsal mühitdə qura və tətbiq edə bilər.

Bundan başqa, yeni beynəlxalq partnyorumuz olan “Qlik” şirkəti ilə əmakdaşlığımız sayəsində ərsəyə gətirdiyimiz “Tayqa Analytics” həlli ilə şirkətlər 360 dərəcə anlatik baxışa sahib olmaqdadırlar.

Müştəri tələbinə uyğun olaraq həllərimiz həm xüsusi mühitə qurularaq tətbiq olunur, həm də bulud üzərindən “Proqram Təminatı Xidmət Olaraq” (SAAS) təqdim olunmaqdadır.

- Şirkət olaraq İKT-dən kütləvi istifadə edilməsi və sosial-iqtisadi fəaliyyətin yeni formalarının yaranması üçün hansı layihələr həyata keçirmisiniz?

- Əvvəllər real görünməyən və ya arzulanmayan fəaliyyət növləri günümüzün reallığına çevrilməkdədir. Fiziki əmək hesabına görülən xidmətlərin bir qismi rəqəmsal aləmə daşınmaqdadır. Tərəfimizdən təqdim edilən həllərdən biri olan “B2B satış” platforması şirkətin əməkdaşlarının xidmət göstərdikləri obyektlərə baş çəkmədən onlara uzaqdan müxtəlif növ xidmətin göstərilməsini təmin edir. Bununla yanaşı şirkət və tərəfdaşlar arasında bu günə kimi mümkün olmayan uyğun vaxtda birbaşa əlaqə, rəqəmsal marketinq, proseslərin daha şəffaf və əlçatan olmasını deyə bilərik.

Bulud üzərindən təqdim etdiyimiz xidmətlər isə İT infrastrukturu olmayanlar üçün rəqəmsal həllərdən faydalanmaq fürsəti verir.

- İKT sahəsinə təlabatın artdığını nəzərə alsaq, sahibkarların bu sahəyə maraq dairəsi haqqında nə deyə bilərsiniz?

- Uzun müddətdir ki, İKT sahəsinə tələbin artdığı müşahidə olunmaqdadır, ən son pandemiyanın yaratdığı təxirə salınmaz tələb isə bunu ekponensial olaraq artırıb. Pandemiya dönəmi İKT-yə əlavə bir iş kimi yanaşan bütün biznes müəssisələrini silkələyib, onları yeni reallıqlarla üz-üzə qoydu. Sirr deyil ki, bir çox istiqamətlərdə şirkətlər ciddi İKT yatırımlarını sadəcə fəaliyyətlərini davam etdirə bilmək üçün edirdilər.

Sevindirici haldır ki, artıq qarşılaşdığımız bir çox biznes müəssisə sahibləri doğru İKT həllər istifadə edərək, məhsuldarlığı necə artıra biləcəklərini, müştəri loyallığını gücləndirmə yollarını, müxtəlif bazar seqmentlərində iştirakı payını artırmağın yollarını və buna bənzər digər önəmli məsələrləri müzakirə edirlər.

- Xidmət göstərdiyiniz sahə sahibkarlar üçün nə vəd verir?

- Sahibkarlar doğru İKT həllərindən peşəkarların dəstəyi ilə istifadə edərək, kifayət qədər ciddi verim əldə edə bilərlər, nümunə üçün aşağıda bir neçə istiqamət qeyd edə bilərik:

- Rəqəmsal transformasiya fürsətləri - İKT sahəsində baş verən yeniliklər müəssisənin məhsuldarlığını artırmaq, biznes proseslərini optimizə etmək və müştərilərə daha yaxşı xidmət vermək üçün böyük fürsətlər vəd edir. Müəssisələr rəqəmsal transformasiya ilə əməliyyatlarını daha effektiv edə və bazarda rəqabət üstünlüyü əldə edə bilərlər.

- Məhsuldarlıq və qənaət - İKT həlləri biznes prosesləri daha səmərəli edərək, vaxt və resurslara qənaət edə bilər. Avtomatlaşdırma, məlumat analitikası və bulud əsaslı xidmətlər kimi alətlərlə biznes daha ağıllı fəaliyyət göstərə bilər.

- Yenilikçilik və rəqabətlik - Yeni texnologiyalar və tendensiyalar bizneslərin daha sürətli, səmərəli və rəqabətli olmasına kömək edə bilər. Biznes sahibləri rəqabət üstünlüklərini qorumaq və bazarda fərqlənmək üçün bu yeniliklərə əməl etməlidirlər.

- Əlçatanlıq - İKT coğrafi məhdudiyyətləri azalda və hədəf müştərilərə daha asan çıxış təmin edə bilər. İnternet vasitəsilə dünya üzrə müştərilərə məhsul və xidmətlərin çatdırılması biznes üçün böyük potensiala malikdir.

- Marketinq və Müştəri Əlaqələri – İKT marketinq strategiyalarını və müştəri münasibətlərini idarə etməyi asanlaşdıra bilər. Belə ki, sosial media, rəqəmsal reklam və müştəri münasibətlərinin idarə edilməsi kimi alətlər bizneslərə hədəf auditoriyalarına daha effektiv çatmağa kömək edə bilər.

Məlumatların Analitikası və Qərar Qəbuletmə - Böyük məlumatların analitikası və istehsalı kimi alətlər bizneslərə daha yaxşı qərarlar qəbul etməyə kömək edə bilər. Məlumata əsaslanan strategiyaların qurulması bizneslərə müştəri davranışlarını anlamağa və bizneslərini təkmil şəkildə idarə etməyə kömək edə bilər.

- 2018-ci ildə Türkiyənin iki böyük texnoloji şirkəti ilə əməkdaşlığa başlamısınız. Bu günədək şirkətin beynəlxalq əlaqələr sahəsində nə kimi işlər görülüb və hazırda vəziyyət nə yerdədir?

- Fəaliyyətə başladığımız ilk illərdə daha çox xarici partnyorla çalışaraq ortaq həllər təqdim etməyə istiqamətlənirdik. Bu səpkidə qeyd etdiyiniz əməkdaşlıqlar şirkətimizə ciddi təcrübə və təqdim etdiyimiz həllərə kifayət qədər zənginliklər əlavə etmişdir. Hal-hazırda partnyorluqlarımız əsasən tamamlayıcı həll olaraq davam etməkdədir. Misal üçün, “Biznes Analitkası” həlli üçün beynəlxalq bir şirkət ilə çalışaraq, onların təqdim etdiyi həlli öz platformamız üzərində quraraq, tamamlayıcı həll olaraq istifadə etməkdəyik.

Beynəlxalq əlaqələrdə əsas məqsədimiz regional brendə çevrilərək məhsullarımızın ölkədən kənarda tətbiq edilməsinə nail olmaqdadır. Bulud mühit üzərindən “Proqram Təminatının Xidmət Olaraq” (SAAS) təbiqi modeli üzərində uğurla irəlilədiyimizi deyə bilərik.

Sonda xususi olaraq vurqulamaq istərdim ki, Azərbaycan gənclərinin intelektinin məhsulunu regional bazara çıxarmağın qururunu və zövqünü yaşamağı bu istiqamətdə fəaliyyət göstərən bütün şirkətlərə arzu edirəm!

Fuad Mədətov
Fins.az