BİZNES

17 Avqust

Azərbaycanın çay ixracı azalıb

2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 3 milyon 417 min dollar dəyərində 379 ton çay ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-iyul ayları ilə müqayisədə məbləğ baxımından 2.2 dəfə və ya 4 milyon 170 min dollar, həcm baxımından isə 3.3 dəfə və ya 884 ton azdır. 2022-ci ilin ilk 7 ayında Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1263 ton çay ixrac edib.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9014 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 6004 dollara bərabər idi.

Xatırladaq ki, cari ilin ilk 7 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.17%-ə bərabər olub.