Wegros platformasının Metaverse-nin dijital ofisində Metafluence komandasının təşkilatçılığı ilə görüş keçirilib. Tədbirdə potensial investorlar virtual qonaq qismində iştirak edib.
Fins.az xəbər verir ki, görüş zamanı Wegros platformasının onlayn tədbir zalı, alış-veriş mərkəzi və digər bölmələrinə birgə baxış keçirilib. İnvestorlara platformanın potensialından bəhs edilib. Tədbirdə iştirak edən Metafluence platformasının rəhbəri Emin Vəli bu platforma ilə bağlı məlumat verib. Wegros platformasının təsisçisi və direktoru Sənan Həsənov görüləcək işlər, ediləcək əməkdaşlıqlar barəsində informasiya verib.
Tədbirin ilk hissəsində virtual qonaqlar onlayn tədbir zalına keçid edərək burada olan texniki imkanlar haqqında məlumat alıb. İkinci hissədə iştirakçılara platformanın onlayn alış-veriş mərkəzindəki məhsullar təqdim edilərək dolğun məlumatlandırılıb. Daha sonra isə NFT zalında NFT məhsullar və sənət əsərləri nəzərdən keçirilib. Bildirilib ki, Wegros platforması gələcək planlarında fərqli NFT-lərin mağazada satışını təşkil etməyi planlaşdırır.
Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, Wegros platformasının bu əsaslı görüş və tədbirləri davam edəcək.
Xatırladaq ki, Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.
Linkə keçid edərək tədbirlə tanış ola bilərsiniz: