BİZNES

16 Avqust

Azərbaycanda avtomobillə sərnişin daşınması 17% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 781,1 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur.

Hesabat dövründə sərnişinlərin 95,2%-i avtobus, 4,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 17,5% artıb.