BİZNES

16 Avqust

Bakı metrosundan istifadə edənlərin sayı 9%-dək artıb

Bu ilin yanvar-iyul aylarında Bakı metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,8% artaraq 124 311 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı metropoliteni 114 255 min sərnişin daşıyıb.

Xatırladaq ki, 2022-ci ildə Bakı metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.