Hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1.700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8.000 manata satılıb. İlkin qiyməti 4.000 manata olan “VAZ 21723” markalı avtomobil isə 7.900 manata özəlləşdirilib.
15 avqust hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 259.370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Cari ay üzrə növbəti hərraclar 22 və 29 avqust tarixlərində keçiriləcək.