BİZNES

16 Avqust

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Cari ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 237,1 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 724,3 milyon səviyyəsində olub.