2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 362 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9% və ya 14.7 milyon dollar azalıb.
2022-ci ilin ilk 7 ayında Azərbaycana 376.7 milyon dollar dəyərində əczaçılıq məhsulları gətirilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.79%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5.03%-nə bərabər olub.