2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 333.43 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 0,9% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 7,9% azalaraq 20 776.95 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 27,5% artaraq 9 556.48 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 11 220.4 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 25,5% az olub.