“Forever” şirkətinin istehsalı “Forever Argi+” ləzzətli giləmeyvə dadı ilə həm damaq zövqünüzü oxşayacaq, həm də gün boyu daha dinamik olmağınıza kömək edəcək. Unikal məhsulun sizə bəxş etdiyi bunlarla bitmir.
Fins.az xəbər verir ki, mütəxəssislərin “möcüzə molekulu” adlandırdığı L-arginin sayəsində bədəndə azot oksidi yaranmağa başlayır. L-argin azot oksidinə çevrildikdə qan və qida maddələrinin bütün bədəndə daha səmərəli şəkildə dövr etməsinə köməklik edir. Nəticədə, ürək-damar fəaliyyətinin düzgün çalışmasına, xolesterolun effektiv şəkildə azalmağına şərait yaradılır. Azot oksidinin yaratdığı qan damarlarının genişlənməsi optimal dövranı təmin etməklə yanaşı hüceyrə bölünməsində və sağlam immun funksiyasında mühüm rol oynayır. “Forever Argi+” D vitamini ilə skelet sağlamlığına, B vitamini ilə enerji istehsalına və maddələr mübadiləsinin tənzimlənməsinə xidmət edir. Güclü antioksidan xüsusiyyətlərinə görə tərkibində nar və üzüm var.
“Forever Argi+” ümumi olaraq, qan dövranını və ürək-damar sağlamlığını, atletik performansı, əzələ funksiyasını, enerjini dəstəkləməyə kömək edir ki, bu da sizin gündəlik rejiminizdə daha dinamik olmağınıza, iş rejimində hər işi sona qədər bacarmağınıza, idman performansınızın daha yüksək olmağına təkan verəcək.
Gündə 1 dəfə “Forever Argi+” un 1çubuğunu su və ya sevdiyiniz hər hansı bir içki (alkoqolsuz) ilə qarışdıraraq gününüzü gümrah keçirə bilərsiniz.
“Forever Living” şirkəti dünyanın ən böyük Aloe Vera istehsalçısıdır. 40 ildən çoxdur ki, sağlamlıq və gözəllik üçün ən yaxşı təbii mənbələri araşdırıb tapmağa və bunları bütün dünya ilə bölüşməyə çalışır. Keyfiyyət və saflığı əsas götürərək dünyada hər kəsin daha yaxşı görünməsi və hiss etməsi üçün böyük həvəslə çalışır. Azərbaycanda isə bu missiyanı üzərinə götürən Wegros icma əsaslı onlayn alış-veriş platformasıdır. Wegros platformasından asan və rahat ödəniş sistemi ilə “Forever Argi+” məhsulunu əldə edə bilərsiniz.
Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.