BİZNES

14 Avqust

Kənd təsərrüfatı istehsalı 3%-dən çox artıb

2023-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7262,4 milyon manat təşkil edib. Bunun da 3411,4 milyon manatı heyvandarlıq, 3851,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.