2023-cü ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 44 milyard 558,6 milyon manat təşkil edib.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin adambaşına düşən nominal gəlirləri 4 393,6 manat təşkil edib. Başqa sözlə, adambaşına düşən gəlirlər son bir ildə 14,1% artıb.