Bu ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27,5 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% azalıb.
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 26 019,8 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,1% azdır.
Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 17 673 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 21 149 mln. kubmetr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,3% artıb”, - hesabatda qeyd olunur.
Hesabat dövründə Azərbaycanda cəmi 17 723,2 min ton neft (7,7% azalma ) və 28 231,2 mln. kubmetr qaz (3,6% artım) hasil edilib.