BİZNES

14 Avqust

Maşın və avadanlıqların istehsalı azalıb

Bu ilin yeddi ayında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 243,4 milyon manatlıq məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən Fins.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 16,2 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 39,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,9 faiz artıb. Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalında 5,3 faiz artım müşahidə olunub.