Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. Texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir.
Fins.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov ilə görüşüb.
Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.
Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.