2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 % artıb. ÜDM istehsalının 42,8 %-i sənaye, 9,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,0 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.