BİZNES

11 Avqust

Türkiyə Almaniyaya elektrik avadanlıqları ixracının həcmini açıqlayıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 771,3 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Almaniyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz artaraq, 93,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 9,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.